Marketinq Meneceri Caspian Textile 09.10.2024 85
Vəzifə Öhdəlikləri:
• Şirkətin marketinq strategiyasını hazırlamaq və həyata keçirmək;
• Brendin inkişafını təmin etmək və onun tanıtımını həyata keçirmək;
• Müştəri bazasını genişləndirmək və müştəri məmnuniyyətini artırmaq üçün tədbirlər həyata keçirmək;
• Marketinq kampaniyalarını planlaşdırmaq, idarə etmək və nəticələrini analiz etmək;
• Sosial media, rəqəmsal marketinq, SEO və digər rəqəmsal kanallar üzərindən reklam fəaliyyətlərini idarə etmək;
• Marketinq büdcəsini təyin etmək və ona uyğun fəaliyyətləri planlamaq;
• Satış komandası ilə sıx əməkdaşlıq edərək, satışları artıracaq marketinq taktikalarını təyin etmək;
• Rəqib analizi aparmaq və bazar trendlərini izləyərək şirkətin mövqeyini gücləndirmək.
Tələb olunan Bacarıqlar:
• Marketinq və ya müvafiq sahədə ali təhsil;
• Marketinq sahəsində ən azı 3 il təcrübə;
• Rəqəmsal marketinq alətləri (Google Analytics, SEO, SEM, sosial media platformaları) üzrə təcrübə;
• Yaradıcı düşüncə qabiliyyəti və problem həll etmə bacarığı;
• Təzyiq altında işləmək və çoxtapşırıqlı iş rejimində yüksək performans göstərmək bacarığı;
• Komanda ilə effektiv ünsiyyət və əməkdaşlıq qabiliyyəti;
• Analitik düşüncə və məlumatlara əsaslanan qərar vermə bacarığı;
• Yüksək səviyyədə təşkilatçılıq və vaxt idarəetmə bacarığı;
• Azərbaycan və ingilis dillərində səlis danışıq və yazı bacarığı. Rus dili biliyi üstünlükdür.
İş şəraiti:
AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə
Ünvan: Bakı şəhəri
İş qrafiki: həftənin 5 günü- şənbə, bazar istirahət günü
Tələblərə cavab verən namizədlərdən xahiş olunur öz CV formalarını hr@castex.az electron poçt ünvanına və ya 051 201 12 71 nömrəsinə WhatsApp vasitəsilə göndərsinlər. Yalnız uyğun olan namizədlər müsabiqəyə dəvət olunacaqlar.