Lekalçı/Konstruktor Caspian Textile 09.10.2024 82
Vəzifələr:
• Müxtəlif növ geyim və tekstil məhsulları üçün lekalların və modellərin sənədlərinin hazırlanması və yaradılması.
• Kütləvi və fərdi tikiş üçün lekalların hazırlanması.
• Texniki tələblərə və spesifikasiyalara uyğun olaraq lekalların düzəldilməsi.
• Məhsulun dəqiqliyini və keyfiyyətini təmin etmək üçün digər şöbələr ilə əməkdaşlıq.
• Mövcud lekallar və yeni dizaynlar lazım olduqda dəyişikliklərin və təkmilləşdirmələrin edilməsi.
• Lekalların və modellərin keyfiyyətinə və onların istehsal tələblərinə uyğunluğuna nəzarət.
Tələblər:
• Tikiş fabrikində lekalçı/konstruktor vəzifəsində ən azı 4 illik iş təcrübəsi.
• Geyimlərin konstruktorlaşdırılması və modelləşdirilməsi üzrə əsas biliklər.
• Lekalların və konstruktorların yaradılması üçün proqramlarla işləmək bacarığı (məsələn, StyleCad, Gerber, Assist, Lectra).
• Detallara diqqət və dəqiq ölçülərlə işləmək bacarığı.
• Yeni vəzifələrə və tələblərə tez uyğunlaşmaq bacarığı.
• Məsuliyyət, dəqiqlik, komandada işləmək bacarığı.
Şərait:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirmə.
Peşəkar inkişaf və irəliləyiş imkanı.
Stabil və inkişaf edən şirkətdə iş.
Ünvan: Qaradağ rayonu Lökbatan qəsəbəsi
Servis avtobusu mövcuddur
Tələblərə cavab verən namizəsdlərdən xahiş olunur öz şəkilli CV formalarını hr@castex.az electron poçt ünvanına və ya 051 201 12 71 nömrəsinə WhatsApp vasitəsilə göndərsinlər. Yalnız uyğun olan namizədlər müsabiqəyə dəvət olunacaqlar.