Geyim üzrə dizayner-konstruktor Caspian Textile 09.10.2024 78
Vəzifə Öhdəlikləri:
• Mövcud moda trendlərini araşdırmaq və istehlakçıların zövqünü müəyyənləşdirmək;
• Tədqiqat məlumatlarına əsaslanaraq yeni məhsullar üçün ideyalar hazırlamaq və komanda ilə işləmək;
• Moda yeniliklərini izləmək;
• Modelin hazırlanması, eskizinin çəkilməsi, yığılması;
• Dizayn komandası ilə yeni məhsullar üçün eskizlərin hazırlanması;
• Kütləvi istehsal üçün geyim nümunələrinin yaradılması;
• Parçaların, aksesuarların çeşidinin seçilməsi;
• Eksperimental nümunələrin sınaqdan keçirilməsi prosesində dəstək olmaq;
• Geyimin dizaynı və modelləşdirilməsi üçün texniki sənədlərin hazırlanması;
• Görülən işlərlə əlaqədar aşkar edilmiş bütün pozuntular və çatışmazlıqlar barədə rəhbərə hesabat vermək.
Tələb olunan Bacarıqlar:
• Geyim dizaynı və ya müvafiq sahədə ali təhsil;
• Dizayn sahəsində ən azı 3 il iş təcrübəsi;
• Adobe Illustrator, CorelDRAW, AutoCAD və ya vəzifə öhdəliklərini yerinə yetirmək üçün müvafiq digər dizayn proqramları üzrə bacarıqlar;
• Əl ilə eskiz çəkmə və texniki rəsmləri hazırlama qabiliyyəti;
• Moda trendləri və materiallar haqqında geniş biliklər;
• Kreativ düşüncə və yenilikçi ideyalar təklif etmə bacarığı;
• Komanda ilə effektiv ünsiyyət və əməkdaşlıq qabiliyyəti;
• Çoxtapşırıqlı iş rejimində yüksək performans göstərmək bacarığı;
• Yüksək səviyyədə təşkilatçılıq və vaxt idarəetmə bacarığı;
• Zövq hissi və detallar üzərində diqqətli olmaq qabiliyyəti.
İş şəraiti:
AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə
Ünvan: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hr@castex.az elektron poçtuna və ya 051 201 12 71 whatsApp nömrəsinə göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Geyim üzrə Dizayner-konstruktor” qeyd etməyiniz xahiş olunur.