Satış üzrə çağrı operatoru Green Cleaning 29.09.2024 133
Əsas vəzifə öhdəlikləri:
• Müştərilərdən gələn zəng və mesajların operativ şəkildə cavablandırılması və sifarişlərin qəbulu
• Müştərilərlə düzgün ünsiyyətin qurulması, xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, sualların əsaslandırılmış formada cavablandırılması
• Şirkətin sosial media hesablarına nəzarət
• Təyin edilmiş satış hədəflərinə çatmaq üçün əzmkarlıqla çalışmaq
• Satışlara nəzarət edilməsi (Koordinasiya)
• Satışların və gündəlik zəruri məlumatların Excel-ə işlənməsi
• Müştəri və qonaqların qarşılanması
• Şirkətə email və telefon vasitəsi ilə gələn bütün məlumatların aidiyyatı şöbəyə ötürülməsi
• Rəhbərliyin tapşırdığı digər tapşırıqları yerinə yetirmək
Tələblər:
• Ali təhsil
• 22-40 yaş ( Xanım Namizədlər)
• Satış və çağrı operatoru sahəsində minimum 2 il iş təcrübəsi (Təmizlik şirkətində təcrübəsi olanlara üstünlük verilir)
• Səlis azərbaycan dili və yaxşı səviyyədə rus dili biliyi
• Yüksək səviyyədə satış və müştərilərlə işləmə bacarığı
• Ünsiyyət qurma və güclü inandırma bacarıqları
• Yaxşı səviyyədə MS Excel və MS Word ilə işləmə bacarığı
• Sosial media ilə işləmə bacarığı (instagram, facebook və s.)
• Kreativ, təşəbbüskar, cəld, dinamik, məsuliyyətli omalı
• Satış və SMM sahəsində sertifikatlarının olması üstünlükdür
İş haqqında:
•ARƏM-nə uyğun işə qəbul
•İş rejimi: 6 gün
•İş qrafiki: B.e -C- 08:00-16:00
•Şənbə: 08:00-14:00
• İş yeri: Yasamal rayonu, Azad Mirzəyev, 6c (Statistika komitəsinə yaxın)
Əmək haqqı: 800 (+Satış faizi)
Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsindən asılı olaraq arta bilər.
Elanda yazılan xüsusiyyətlərə uyğun olan namizədlər müraciət etmək üçün hr@greencleaning.az poçt adresinə mövzu hissədə “Satış üzrə çağrı operatoru” qeyd edərək CV-lərini göndərə bilərlər.