Təsvir:
Atlassian platformalarının (Jira Core, Software, Service Manageent, Portfolio, Confluence, BitBucket) tam konfiqurasiyası və idarə olunması, layihələrin həyata keçirilməsi, sistemin yüksək performansla işləməsinin təmin edilməsi;
Şirkətin proseslərinə uyğun iş axınlarının (workflows) yaradılması, dəyişdirilməsi və avtomatlaşdırılması;
İstifadəçi davranışları və sistemin fəaliyyəti haqqında hesabatlar hazırlamaq, analitik məlumatlar əsasında qərarların qəbul edilməsi;
Pluginlərin quraşdırılması, idarə edilməsi və yeni inteqrasiya həllərinin hazırlanması;
İstifadəçilərə Jira sistemindən effektiv istifadə üçün texniki dəstək verilməsi və təlimlərin təşkil edilməsi;
İstifadəçi icazələrinin düzgün şəkildə verilməsi, rol və icazələrin idarə edilməsi, təhlükəsizlik tədbirlərinin görülməsi;
Sistemin fəaliyyəti və istifadəçi davranışlarının monitorinqi, analiz edilməsi və müvafiq hesabatların hazırlanması;
Sistemdə yaranan problemlərin tez və effektiv həlli, Jira-nın yenilənmələrinin və yeni funksionallıqların tətbiqi.
İş şəraiti:
İş qrafiki: I-V günləri.
Tələblər:
İnformasiya Texnologiyaları, Kompüter Mühəndisliyi və ya əlaqəli sahələr üzrə ali təhsil üstünlükdür;
Jira administrator vəzifəsində minimum 2 illik təcrübə;
Jira Software, Jira Service Management, Bitbucket, Confluence və digər Atlassian məhsulları üzrə dərin biliklər;
JQL (Jira Query Language), Groovy, Python və ya digər skript dillərində təcrübə;
Jira-nın digər sistemlərlə (CI/CD alətləri, Git, Jenkins və s.) inteqrasiyası üzrə təcrübə;
ITIL prinsiplərini dərindən bilmək və tətbiq etmək, xidmət idarəetmə proseslərinin optimallaşdırılması bacarığı;
Jira və digər alətlərin performansını optimallaşdırmaq, sistemin davamlı izlənməsi və təkmilləşdirmə işlərinin aparılması.
Müraciət linki