Front Face
Back Face
Top Face
Bottom Face



 
Kiçik mütəxəssis Azərbaycan Kredit Bürosu 26.09.2024 145
Company Logo
Vakansiyanın təsviri

Büronun tərəfdaşları ilə işləmək, onlardan daxil olan sorğu və müraciətlərin operativ və dəqiq həyata keçirilməsini təmin etmək;
Büroya məlumatların qanunvericiliyin tələblərinə müvafiq qaydada təqdim olunması üçün monitorinq və konsultasiya fəaliyyətini həyata keçirmək;
Tərəfdaşlar tərəfindən daxil olan sorğuları araşdırmaq, yaranmış problem və çətinlikləri həll etmək, müvafiq dəstək göstərmək;
Yeni təşkilatların Büronun məlumat bazasına inteqrasiya prosesini həyata keçirməsinə dəstək olmaq, texniki komanda ilə birgə problemləri həll etmək;
Büronun yeni məhsul və xidmətlərinin hazırlanması prosesində iştirak etmək;
Büroya daxil olan rəsmi məktub və müraciətləri araşdırmaq və cavab hazırlamaq;
Rəhbərliyin tapşırığı əsasında müxtəlif statistik hesabatlar hazırlamaq.

Xüsusi tələblər

Müvafiq sahə üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Tətbiqi riyaziyyat, İqtisadi kibernetika və s.);
Bank və ya maliyyə sahəsində minimum 1 il iş təcrübəsi;
Əla səviyyədə ingilis və yaxşı səviyyədə rus dili biliyi;
Excel proqramı üzrə əsas bacarıqlar (təkmil formulaları tətbiq etməklə məlumatların emalı, PivotTable-dən istifadə etməklə hesabatların hazırlanması və s.)
Vizuallaşdırma proqramları üzrə bacarıqlar üstünlükdür;
Xaricdə təhsil alması üstünlükdür.

Digər bacarıqları:
  • Peşəkarlıq və məsuliyyətlilik;
  • Analitik düşünmə;
  • Vaxtın idarəedilməsi;
  • Təqdimat hazırlama və geniş auditoriya qarşısında çıxış etmə;
  • Dinamik komandada işləmə;
  • Təşəbbüskarlıq, nəticəyə fokuslaşma və problemi həll etmə.

Müraciət etmək üçün: hr@acb.az

top
bottom