Front Face
Back Face
Top Face
Bottom Face



 
Mexanika Mühəndisi Foton 26.09.2024 163
Company Logo
Nə təklif edirik?

Əmək haqqı; (4000 AZN net)
Könüllü tibbi siğorta; (ailə paketi)
“Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
Peşəkar komanda ilə işləmək fürsəti;
İşçinin inkişafı üçün təlim, tədris proqramları.

İşin təsnifatı:

Texniki və sənədlər toplusunun hazırlanması;
Dizayn üzərindən layihələrin hazırlanmasına nəzarət;
Layihə sənədlərinin hazırlanması;
Tikinti sahəsinin vəziyyətinin yoxlanılması;
İş öncəsi sifarişçi ilə layihə tələblərinin müzakirəsi;
Təmir işləri görüləcək sahənin ölçü işlərinin götürülməsi;
AutoCad ilə çizgilərin hazırlanması;
Təkliflərin, texniki tapşırığın tələblərinə uyğunluğunun yoxlanması;
Layihə hesabatlılığının hazırlanması;
BOQ hazırlanması;
Həftəlik layihələrin statusları haqda hesabatların verilməsi;
Layihələrdə tikinti quraşdırma işlərinin standart və material istifadəsinin tələblərinə cavab verməsinə nəzarət;
Layihə tapşırığı və texniki şərtlər əsasında HVAC sistemləri layihələrini AzDTN və digər normativ sənədlərə uyğun tərtib etmək;
HVAC istilik, ventilyasiya və kondisioner (ümumilikdə isitmə və soyutma sistemlərini) sistemlərinin istismarını,yoxlanışını bilməli və avadanlıqları tanımalıdır;
Qaz sobalarına, qazanlara, kondisionerlərə,AHU-lara,VRV-lərə,çillerlərə,istilik nasoslarına,su matorlarına , elektrik sobalarına, kanalsız split sistemlərə, nəmləndirmə və nəmləndirmə avadanlığına, elektron hava təmizləyicilərinə və hava təmizləmə sistemlərinə, evolution daxil olmaqla yaşayış məntəqələrinə nəzarət sistemlərinə xidmət göstərilməsi, təmiri və/və ya dəyişdirilməsini təmin etməlidir;
Avadanlıqların düzgün işləməsini təmin etmək üçün bütün problemləri vaxtında aşkarlayıb daxili resusların və yaxud 3-cü tərəflərin hesabına operativ həll etmək.

Tələblər:

Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
Müvafiq sahədə ali təhsil;
Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, İEC, SNIP, IEC, BS, NFPA;
Danışıq səviyyəsində ingilis dili biliyi (rus dili biliyi üstünlükdür);
MS Office proqramları biliyi;
AutoCad proqram biliyi;
Yaxşı ünsiyyət, və komanda ilə işləmək bacarığı.

İş şəraiti:

İş rejimi: 5 günlük
İş yeri : Şamaxı şəhəri
İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir.

E-poçt: hr@fotonllc.az


top
bottom