Təkrarsığorta üzrə assistent PASHA Insurance 26.09.2024 135
Vəzifə və öhdəliklər:
- Debitor və kreditorların araşdırılması və onların ödənilməsi ilə bağlı bütün kompleks işlərdə iştirak etmək;
- Birbaşa müdirin göstərişinə əsasən şirkətin öz riskləri üzrə əlverişli şərtlərin əldə edilməsi və onların təkrarsığortalanması üçün təkrarsığortaçılar ilə danışıqlar aparmaq;
- Aktiv olan təkrarsığorta müqavilələri üzrə ödəniş və zərər borderolarının təhlili, yoxlanılması və müvafiq istiqamətlərə yönləndirilməsi.
- Müvafiq təqdimatların hazırlanmasında birbaşa müdirə və digər təkrarsığorta şöbəsinin əməkdaşlarına köməklik göstərmək;
- Birbaşa müdirin rəhbərliyi altında şöbənin operativ məsələlərinin həlli prosesində iştirak etmək.
Biliklər:
- Ali təhsil: İqtisadiyyat, maliyyə, hüquq, riyaziyyat;
- Dil bilikləri: yaxşı səviyyədə (B2/C1,C2) Azərbaycan, İngilis və Rus dilləri;
- Kompüter bilikləri: Microsoft Office proqramlarından istifadə etmək bacarığı.
- Təcrübə:
- Sığorta sahəsində təcrübə arzuolunandır.
Bacarıqlar:
- Analitik təhlil, məntiq, məlumatları tez bir vaxtda anlamaq;
- Bazar üzrə araşdırma və təhlil apara bilmək;
- Microsoft Office proqramlarında səlis işləmə bacarığı;
- Danışıq və təqdimat bacarığı.
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi
recruitment@pasha-insurance.az elektron poçt ünvanına göndərin.