Risklərin monitorinqi və araşdırılması üzrə baş mütəxəssis PASHA Insurance 26.09.2024 154
Vəzifə və öhdəliklər:
Şirkət üzrə mövcud olan, potensial risklərin araşdırılması və vaxtında müəyyən edilməsi;
Risk insidentləri üzrə səbəb təhlillərinin aparılması və uyğun nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi;
Şirkətə aid bütün növ risklərin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət;
Proseslərdə, layihələrdə, nəzarət mexanizmlərində və onların icrasında mövcud boşluq və pozuntuları aşkar etmək;
Proseslərə nəzarət mexanizimlərinin qurulması, monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
İş prosesində keyfiyyətin idarə edilməsi üzrə işlərin və uyğunsuzluqların uçotunun aparılması və hesabatların tərtib olunması;
Rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanmasında mütəmadi dəstək olması;
Dələduzluq halları üzrə araşdırma / Daxili nəzarət yoxlaması üzrə nəticələrə dair hesabatların hazırlanması, rəhbərliyə və maraqlı tərəflərə təqdim edilməsi;
Dələduzluq riski üzrə daxil olmuş insidentlərə dair məlumatların toplanması, araşdırılması;
Dələduzluq hallarının aşkarlanması və qarşısının alınması məqsədilə strategiyaların hazırlanması;
Şirkətin maliyyə riskini və nüfuz riskini azaltmaq üçün dələduzluqun qarşısının alınmasına nəzaraət mexanizimlərinin hazırlanması və həyata keçirilməsinə nəzarət.
Biliklər:
Ali magistr təhsili (Maliyyə, audit, iqtisadiyyat, risklərin idarə edilməsi üzrə)
Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
Audit və Risk sahələri üzrə ən azı 2 illik təcrübə;
Azərbaycan dilində səlis danışıq və korporativ yazı qabiliyyəti;
Yüksək yazılı və şifahi ünsiyyət bacarığı
Hesabatların hazırlanmasına dair təcrübənin olması
İngilis və Rus dili biliyi üstünlükləri;
Peşəkar sertifikata (CFE, CİA, ACCA) üstünlük verilir.
Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
Daxili nəzarət prinsipləri, risklərin idarə edilməsi metodologiyaları haqqında güclü anlayış.
Bacarıqlar:
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
Mürəkkəb məlumatları şərh etmək və dələduzluq fəaliyyətlərini göstərən nümunələri müəyyən etmək bacarığı, güclü analitik bacarıq;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Eyni anda birdən çox layihəni idarə etmək bacarığı.
Son müraciət tarixi: 25.10.2024
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.