Aparıcı mühasib AGA GROUP 26.09.2024 156
Vəzifə öhdəlikləri:
Qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat uçotunun təşkil edilməsi;
Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.
Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Əmək haqqı, məzuniyyət haqlarının hesablanması;
Müqavilələrdə qeyd olunmuş vergi əməliyyatları ilə bağlı bəndlərin, vergi və ödəniş şərtlərinin vergi qanunvericiliyinin tələblərinə uyğunluğunun yoxlanılması və təsdiq edilməsi.
Tələblər
Mühasibatlıq/Maliyyə sahəsində bakalavr dərəcəsi;
25-40 yaş;
Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);
Mühasibatlıq sahəsində 2-3 il iş təcrübəsi;
Dəqiqlik, məntiqi və analitik düşünmə tərzi, təşəbbüskarlıq, çalışqanlıq, dürüstlük, komandanın idarə edilməsi və komandada işləmək bacarığı;
Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə bilikləri;
Qərarların qəbul edilməsi və üzərinə məsuliyyətin götürülməsi, vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;
ERP proqramlarında işləmək bacarığı;
1C (7.7, 8.2, 8.3) mühasibatlıq proqramında işləmək bacarığı.
Müraciət et