IT texnik (kameralar üzrə) Kristal Abşeron 25.09.2024 148
Tələblər:
Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
Kamera sistemlərinin (avadanlıqlarının) qurulmasını və texniki baxış prinsipini bilməli;
İşdə yeniliklər tətbiq etmək və ünsiyyət qurmaq bacarığı;
Yüksəklikdə işləmə bacarığı;
Fiber-optik kabel üçün qaynaq (payka) cihazından istifadə etmək bacarığı;
Zəruri hallarda digər filiallara getmək imkanı.
Vəzifə öhdəlikləri:
Filiallarda kamera montaj (kabel çəkilməsi və kamera quraşdırılması) işlərinin yerinə yetirilməsi;
Təhlükəsizlik kameraları sistemlərinin quraşdırılması və yaranan problemlərin həllinə dəstək;
NVR/DVR quraşdıılması, sazlanması və optimizasiya edilməsi;
Şirkət tərəfindən xüsusi texniki və video avadanlıqların quraşdırması zamanı, quraşdırmaya nəzarətin həyata keçirilməsi və işlək vəziyyətdə olmasının təmin edilməsi;
İP kameralarla şəbəkə bağlantısının qurulması və fasiləsizliyinin təmin edilməsi;
Biometrik sistemlərin qurulması və sazlanması;
Access control sisteminin qurulması və sazlanması;
Şəbəkə problemlərinin diaqnostikası və həlli.
İş şəraiti:
6 günlük iş qrafiki;
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “ IT texnik (kameralar üzrə)” üzrə yazmaqla qeyd edilmiş elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
E-poçt: hr@kristalabsheron.az