PR menecer ArchiCO MMC 25.09.2024 161
İş barədə məlumat:
Şirkətin Korporativ strategiyasına uyğun olaraq sosial layihələrin təşkili və idarə edilməsinə yardımçı olmaq;
PR strategiyaların hazırlanması;
Media ilə əlaqələrin qurulması;
PR layihələri ilə bağlı video və foto çəkilişlərinin təşkili və idarə edilməsi;
Şirkətin fəaliyyəti və xidmətləri haqqında müxtəlif formatda PR (reklam, xəbərlər) mətnlərin, məqalələrin yazılması və yerləşdirilməsi;
PR mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması;
Web saytlar üçün çıxarılan məzmunların nəzarət və idarə edilməsi;
KİV-də və sosial mediada şirkət barədə yayımlanan materialların gündəlik monitorinqi və aidiyyatı üzrə rəhbər şəxslərin məlumatlandırılması;
Bazarda tanıtım məqsədi ilə yerinə yetirilən xidmətlərinin reklamı üçün ideyalar təklif etmək;
Brendin nüfuzunun formalaşmasında, saxlanmasında və müdafiəsində iştirak;
Tədbirlərin təşkili, keçirilməsinə nəzarət və effektivliyin dəyərləndirilməsi (BTL promo aksiyalar, reklam aksiyaları, açılış mərasimləri, təqdimatlar və s.).
Tələblər:
Yaş: 25- 35 yaş;
Müvafiq sahə üzrə ali təhsil;
İctimaiyyətlə Əlaqələr, jurnalistika və ya marketinq sahəsində minimum 5 il iş təcrübəsi;
Azərbaycan dilində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı, Rus və İngilis dili biliyi əlavə üstünlükdür;
Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli;
Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
Kommunikasiya və təqdimat bacarığı;
Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
Təhsil : Ali
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
İş qrafiki: I-V günlər, 09:00-18:00;
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə
“PR Menecer” yazaraq ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.