Front Face
Back Face
Top Face
Bottom Face



 
Satınalma üzrə mütəxəssis Azersun Holding 25.09.2024 171
Company Logo
Vakansiyanın təsviri

Xammal planına uyğun olaraq işlədiyi ərazi üzrə müəssisələri xammalla təmin etmək
Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə təmin edilməsi;
Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;
Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması;
Hesabatların hazırlanması və analiz olunması;

Xüsusi tələblər

Ali təhsil;
Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
Microsoft Excel ilə yüksək səviyyədə işləmə bacarığı;
Azərbaycan dili – sərbəst; rus və ya ingilis dilləri üstünlük hesab edilir;
Məsuliyyətlilik və hesabatlılıq;
Analitik düşünmə və qərarvermə qabiliyyəti;
Ünsiyyətcil və kollektivdə işləmə bacarığı.

Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi cv@azersun.com elektron poçt ünvanına emaili-in mövzu yerinə "Satınalma üzrə Mütəxəssis ( Biləsuvar ) " yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanından qeydiyyatdan keçib müraciət edə bilərsiniz.

Müraciət üçün (CV): https://hr.azersun.com/job/Satınalma-üzrə-mütəxəssis/992175155/

top
bottom