Regionlar üzrə Tibbi Nümayəndə Yeni Azerimed QSC 04.03.2025 72

Biz peşəkar və dinamik komandamız üçün “Regionlar üzrə Tibbi Nümayəndə” axtarırıq!
Əgər tibbi sahədə təcrübəniz varsa və bu sahədə karyera qurmaq istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik!
Tələblər:
· Təhsil: Ali və ya orta təhsil (Tibb təhsili üstünlükdür);
· Təcrübə: Tibbi nümayəndə sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
· Dil bilikləri: Azərbaycan dili və rus dili biliyi arzuolunandır;
· Kompüter bilikləri: MS Office (Word, Excel, Power Point);
· Effektiv kommunikasiya və müştəriyönümlü satış bacarığı.
Vəzifə öhdəlikləri:
· Təyin olunmuş ərazi üzrə Həkimlərlə,Tibbi müəssisələrlə və Apteklərlə görüşlər keçirmək;
· Şirkətə məxsus olan məhsulların təqdimatını, tanıtımını və satışını həyata keçirmək;
· Satış nöqtələrini müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarət edərək nəzarətdə saxlamaq;
· Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görmək;
· Təqdim edilən məhsullara olan tələbatın öyrənilməsi;
· Məhsul haqqında müştəriyə düzgün informasiyanı ötürmək;
· Bazar araşdırması etmək və satış kanallarını artırmaq;
· Görülmüş işlər haqqında gündəlik və aylıq hesabatlar hazırlamaq;
· İş qrafiki: I-V günlər - 09:00-18:00
· Əmək haqqı: Namizədin bilik və bacarıqları əsasında müəyyən edilir.
Ünvanlar: Ağsu, Şamaxı, İmişli, Salyan, Şirvan, Masallı, Gəncə, Şəki, Qəbələ, Quba, Zaqatala, Şəmkir, Bərdə, Qazax, Mingəçevir, Beyləqan, Lənkəran.
Əgər siz də bu vəzifə üçün uyğun namizədsinizsə, təklif olunan region qeyd edərək “Regionlar üzrə Tibbi nümayəndə” (məsələn, “Ağsu, Zaqatala, Qəbələ”) mövzusu ilə CV-nizi cv@azerimed.com ünvanına göndərməyə dəvət edirik.
Bizimlə birgə inkişaf etmək və mükəmməl nəticələr əldə etmək istəyirsinizsə, sizi komandamıza gözləyirik!
Əlavə suallar üçün 055-455-95-91 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.